Rəssam miniatürlərdə gündəlik həyatdakı hansı hadisələri təsvir etmişdir?
GÖRKƏMLİ RƏSSAMLAR | |
Müzəffər Əli
Həyat xronologiyası |
|
Yaşamışdır | XVI əsr |
Doğulduğu yer | Qəzvin, İran |
Təhsili | Behzadın emalatxanasında sənətə yiyələnib |
Üslub və texnika | ornament ustası, xəttat, rəngkar, qrafik |
Əsərlərin mövzusu | portret, mənzərə, məişət janrı |
Məşhur əsərləri | “Yusif quyudan çıxır”, “Gənc şahzadənin güllərlə portreti”, “Leyli və Məcnun” poemasına çəkilmiş miniatürlər, Qırx Sütun sarayının divar rəsmləri |
Müzəffər Əlinin məişət janrında çəkdiyi təsvirlərdə insanlar ənənəvi geyimlərdə təsvir olunur. Belə təsvirlərin süjetini yalnız ov və döyüş səhnələri deyil, həm də bayram, saray əyləncəsi, klassik ədəbiyyatdakı poetik səhnələr, çox nadir hallarda isə şah və onun əyanlarının portret təsvirləri təşkil edirdi.
O, şahın bütün sifarişlərinin yerinə yetirilməsində - dahi Azərbaycan şairi Nizaminin məşhur “Xəmsə” və fars şairi Firdovsinin “Şahnamə” əsərlərinin tərtibatında iştirak etmişdir. Müzəffər Əlinin miniatürləri Şərq miniatür sənətinin nadir nümunələrindən sayılır.
Akvarel, quaş, rəngli karandaşlar, flomasterlər