5.
MONUMENTAL RƏNGKARLIQ
Freska, vitraj və mozaika nədir?
Orta əsrlərdə rəngkarlıq təsviri sənətin əsas növlərindən biri olmuşdur. Memarlıqda divarı, döşəməni və tavanı bəzəyən rəngkarlıq növü monumental rəngkarlıq adlanır. İşlənmə texnikasına görə monumental rəngkarlıq əsərləri arasında freska, vitraj və mozaika xüsusilə fərqlənir. Monumental rəngkarlıq əsərləri uzaq məsafədən seyr olunmaq üçün nəzərdə tutulur.
Monumental rəngkarlıq | ||
Freska | Vitraj | Mozaika |
Sulu boya vasitəsilə nəm suvaq üzərinə çəkilən rəngkarlıq əsəri. | Şəffaf rəngli şüşə parçalarından yaradılan, yaxud şüşə üzərində boyalarla çəkilən ornamentli və ya süjetli dekorativ kompozisiya. | Əlvan rəngli daşlardan, keramika parçalarından, smaltadan yaradılan təsvirlər. |