Azərbaycan orta əsrlərdə Yaxın Şərqin ən nüfuzlu mərkəzlərindən biri kimi islam dünyasında memarlığın
inkişafında əhəmiyyətli rol oynamışdır.
Sərbəst iş üçün tapşırıqlar
Rəngli karandaşlar, flomasterlər, kağız qutular, parçalar, gil və ya plastilin,
məftil
Müəyyən edin
Yaşadığınız şəhər, qəsəbə və ya kəndin memarlığında hansı tikinti
materialından istifadə olunub? Tikililər hansı ümumi memarlıq
üslubuna, konstruksiyaya, qapı və pəncərə formalarına,
bəzək ünsürlərinə malikdir? Onlar nə zaman inşa olunub və
oxşar xarakterik xüsusiyyətləri hansılardır?
Yaradıcı fəaliyyət
Hazır formadan (qutu, yeşik, qablaşdırma) öz tikilinizi yaradın.
Onu kağız, parça, gil, plastilin, məftil və s. bu kimi materiallardan
olan element və bəzəklərlə tamamlayın.
Yaşadığınız şəhər, qəsəbə və ya kənddə bəyəndiyiniz binanın rəsmini
çəkin. Bu məqsədlə sinif yoldaşlarınızla tarixi və müasir binalara
ekskursiya edin, onların xarici görünüşündəki ümumi
cəhətləri müəyyənləşdirin.
Özünüzü yoxlayın
Təqdim olunan şəkillərdə Azərbaycan memarlıq məktəblərinə aid tikililər (abidələr) hansı həndəsi
formalara əsaslanır?
Azərbaycana məxsus memarlığın oxşar və fərqli xüsusiyyətləri hansılardır?