XIII əsrdə paytaxtın Təbrizə köçürülməsi ilə əlaqədar bu şəhər mühüm əhəmiyyətli memarlıq mərkəzinə çevrilir. Təbriz memarlıq məktəbinə xas olan təmtəraq, dekorasiya müxtəlifliyi, kompozisiya kamilliyi, motiv və formaların bədii üslubi cəhətləri xüsusilə diqqəti cəlb edir. Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri Təbriz şəhərindəki Göy məsciddir.