4.
AZƏRBAYCANIN MEMARLIQ MƏKTƏBLƏRİ
İncəsənətə dair dialoq
Binalar, tikililər və ansambllar hansı əlamətlərinə görə bir-birindən fərqlənir?
Azərbaycanın hansı memarlıq abidələrini tanıyırsınız?
Orta əsr Azərbaycan memarları dünya memarlıq tarixinə öz əvəzsiz töhfələrini vermişlər. Təəssüf ki, orta əsr Azərbaycan memarlıq sənəti nümunələri və bu sənətin inkişafında əldə edilən bir çox mühüm nailiyyətlər uzun illər fars mədəniyyətinə aid edilmişdir.
Orta əsrlərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri mövcud olmuşdur.
Memarlıq məktəbləri | Meydana gəldiyi dövr |
Aran | V-IX əsrlər |
Şirvan-Abşeron | X-XI əsrlər |
Naxçıvan | XII-XIV əsrlər |
Təbriz | XIII-XIV əsrlər |
Aran memarlıq məktəbinin sənətkarları tərəfindən Gəncə, Bərdə, Şəmkir, Balakən və b. şəhərlərdə inşa edilmiş bir çox memarlıq tikililəri zəlzələ, yaxud müharibələr nəticəsində dağılaraq məhv olmuşdur.