Memarlıq üslubu şərti anlayış olub, memarlığın inkişafını izləməyə imkan verir. Dünya əhəmiyyətli memarlıq üslublarını aşağıdakı dövrlərə ayırırlar:
Memarlıq üslubları | Yarandığı dövr | Yarandığı yer |
Antik | b.e.ə. VIII - b.e. V əsrlər | Qədim Yunanıstan və Roma |
Bizans | VI əsr | Bizans |
Roman | X-XII əsrlər | Qədim Roma |
Qotik | XII-XVI əsrlər | Avropa ölkələri |
İntibah | XV-XVII əsrlər | Avropa ölkələri |
Barokko | XVI-XVII əsrlər | İtaliya |
Rokoko | XVIII əsr | Fransa |
Antik üslubun fərqli cəhətlərindən biri - enli gövdəli sütunların bir-birinə yaxın yerləşdirilməsidir. Belə bir vəhdət memarlıqda ağırlıq və əzəmət hissi yaradır.
Bizans memarlıq üslubunun ən mühüm elementlərindən biri silindrik forma üzərində olan günbəzdir. Bizans memarlığında incə bədii gözəllik, həddən artıq təmtəraq və dini amillər hiss olunur.