2-3.
MEMARLIQ ÜSLUBLARI
Qədim dövrə aid ən məşhur memarlıq abidələri hansılardır?
Memarlıq - şəhərin, dövlətin və ya bütövlükdə bir dövrün özünəməxsus “vizit kartı” sayılır. İstənilən şəhərə səyahət etdikdə ən müxtəlif memarlıq üslublarında1 tikilmiş saray, məbəd, yaşayış binası, meydan və prospektlər görmək olar. Onların gözəlliyi insanlarda müəyyən hisslər və ovqat yaradır. Memarlıq üslubları bizə bu abidələrin hansı dövrə aid olduğu, necə tikildiyi, xalqın tarixi keçmişi, mədəniyyəti və adət-ənənələri haqqında məlumat verir.
1 Memarlıq üslubu - memarlıq üçün səciyyəvi olan cəhətlərin və əlamətlərin məcmusudur. Memarlıq üslublarının inkişafı iqlim şəraitindən, texniki, dini və mədəni amillərin təsirindən asılı olur.