Plastilin və ya gil, rəngli karandaşlar, flomasterlər
Müəyyən edin.
Heykəllərin fərqi nədədir? Heykəltəraşlığın sahələri haqqında nə demək olar?
Qədim Roma dəzgah heykəltəraşlığı. Kara-kalla. III əsr. Mərmər. Böyük Qatçina sarayı. Ağ zal.
Rusiya
Qədim antik monumental heykəltəraşlığı. Samofrakiyalı Nika. B.e.ə. 190-cı il. Mərmər. Luvr, Paris
Orta əsrlər monumental-dekorativ heykəltəraşlığı. Kölndə Bələdiyyə binası. XII əsr. Almaniya
Yaradıcı fəaliyyət
Dəzgah heykəltəraşlığına aid nümunə yapın. Bu, baş, büst, tək fiqur və ya bir qrup fiqur da ola
bilər.
Sənətkar məsləhəti
Yapma zamanı əsas qaydalar: Birinci qayda:Hər bir heykəlin postamenti (özül, altlıq) olmalıdır.
O, dayaq və kompozisiya baxımından vacibdir. İkinci qayda:Yapmaya aşağıdan başlamaq lazımdır. Heykəl aşağıdan
yuxarıya “böyüdülərək” yaradılır.
Öz evinizin, küçənizin yaxınlığında olan memarlıq və təbii landşaftla
bağlı heykəltəraşlıq abidəsinin rəsmini yaddaşdan, yaxud
naturadan çəkin.
Özünüzü yoxlayın
Monumental sahəyə aid hansı təsviri sənət əsərləri memarlıqla sintezdə (vəhdətdə) yaradılır?
Əvvəlki siniflərdən tanıdığınız memarlıq və təbii landşaftla vəhdətdə
olan heykəltəraşlıq nümunələrinə aid misallar göstərin.