26-cı mövzu
Naxışvurma ən kobud və sıx (mahud, qalın kətan, dəri) parçalardan tutmuş, ən nazik parçalara qədər (batist, tül və s.) müxtəlif materialları nəfis naxışlarla bəzəmək üçün istifadə edilən tikmə incəsənətidir. Müxtəlif qalınlıqda iynələr, saplar, karandaş, oymaq, santimetr lenti, kərgah* və qayçı naxış vurmaq üçün işlədilən alət və materiallardır (şəkil 1.).
Naxışvurma dekorativ-tətbiqi sənətin geniş yayılmış növüdür. Naxışvurmada naxış və təsvir əl ilə (iynə, milçə) və ya naxışvurma maşınının köməyi ilə salınır.
Naxış müxtəlif parçalara, dəriyə, keçəyə və digər materiallara kətan, pambıq, yun, ipək saplarla və həmçinin muncuq, mirvari və s. ilə salınır. Naxışvurma geyimin, məişət əşyalarının, pannoların** bəzədilməsində tətbiq edilir.
Naxışvurma texnikası necədir? |
Naxışvurma texnikası sapın parça üzərində bərkidilməsindən başlayır. Bu sənət növündə “ilmə” üsulu (şəkil 2) geniş yayılıb.
* Kərgah - böyük sahədə naxıştikməni yerinə yetirmək üçün tərtibat
** Panno (lat. Pannus - parça qırığı) - monumental sənət növü, dekorativ rəsm, adətən, divarın (divar panelinin) və ya tavanın (plafond) hər hansı bir hissəsinin daimi doldurulması üçün nəzərdə tutulmuşdur.