Bölünmə ardıcıllığı belədir:
1. Ayaqların aşağı hissəsi (A) və budlar (B) kəsilir;
2. Daha sonra qanadlar kəsilir (C);
3. Sonrakı əməliyyatda döş qəfəsi kəsilir, bel və döş ayrılır;
4. Bel hissəsi eninə kəsilib iki yerə bölünür (D);
Döş uzununa iki hissəyə kəsilir (F).
Supermarketlərdən təkcə içalatı təmizlənmiş yox, hətta doğranmış quş əti: döş əti, bud əti, qanad əti və s. yarımfabrikatlar kimi almaq olar.
Toyuq əti müxtəlif usullarla bişirilir: qaynadılır, pörtlədilir, qızardılır. Bişirilən zaman dəri çıxarılıb atılmalıdır. Çünki o, insan bədənində piylənməyə səbəb olur.
Təhlükəsizlik qaydaları |
• Quşu doğradıqda bıçağın dəstəyini möhkəm tutun;
• Ancaq yaxşı itilənmiş bıçaqla işləyin;
• Əllərin və bıçağın dəstəyinin quru olmasına çalışın;
• Bıçağı kəsən tiyəsi yuxarı vəziyyətdə qoymayın;
• Yerə düşən bıçağı havada tutmağa cəhd göstərməyin;
• Quşu doğradıqdan sonra bıçağı yumaq lazımdır.
Ev quşu, mexaniki mətbəx emalı, əzələ toxuması, xırdalifli toxuma, donun açılması, oda verərək ütmə, içalatın təmizlənməsi, yarımfabrikatlar. |
Özünüyoxlama sualları |
PRAKTİK İŞ |
Tapşırığı icra edin:
Toyuğun mexaniki mətbəx emalının texnoloji sxemini hazırlayın.