İri balıq lay-lay doğranılır. Balığı onurğaboyu yarı böldükdə file* alınır. Bu üsulla balığın onurğa sümüyünü asanlıqla çıxarmaq olur (şəkil 8).
Balıq adambaşına pay hesabı ilə tikələrə ayrılır. Qızartmaq üçün nəzərdə tutulmuş balıq tikələrin enli və ensiz alınması üçün kiçik bucaq altında doğranılır (şəkil 9, a).
Qaynatma yolu ilə bişiriləcək balığı doğrama lövhəsinə perpendikulyar kəsmək lazımdır (şəkil 9, b).
Balığın emalı zamanı təhlükəsizlik və sanitariya qaydaları |
• Balığın üzgəclərini çıxartdıqda ehtiyatlı olmaq lazımdır. Balığın bərk sümükləri əli yaralaya bilər.
• Balığın pulcuqlarını təmizləyəndə əlləri yaralamamaq üçün onun quyruğundan tutmaq lazımdır ki, sürüşüb əldən çıxmasın.
• Balıq təmizləyərkən əl yaralanarsa, yaranı əsaslı surətdə yumaq və dezinfeksiya etmək lazımdır.
• Balığı xüsusi doğrama lövhəsi və ayrıca masa üzərində doğramaq lazımdır.
• Doğramazdan əvvəl və doğradıqdan sonra balıq yuyulmalıdır.
• Balığın emalından sonra tullantılar dərhal atılmalıdır.
• Sonda mətbəx ləvazimatları yuyucu vasitələrlə yuyulmalıdır.
Dondurulmuş balıq, balığın mexaniki emalı, lay-lay doğrama, file. |
Özünüyoxlama sualları |
PRAKTİK İŞ |
Tapşırığı icra edin:
Balığın mexaniki emalı ardıcıllığının texnoloji sxemini hazırlayın.
* File - sümüyü təmizlənmiş ət