Metalın hissələrə ayrılması zamanı kəsilən hissəni zədələməmək üçün qələm məngənənin dodaqlarına 90 dərəcəlik bucaq altında yerləşdirilir. Qələm sağdan sola hərəkət etdirilir və pəstah hissələrə ayrılanadək çapılır (şəkil 5, b). Böyük qalınlıqda olan pəstahı əvvəlcə bir tərəfdən çapır, daha sonra o biri üzü üstə çevirir və əməliyyatı təkrarlayırlar. Hər iki tərəfdən çapılmış pəstah nişanlama tavası və ya zindan üzərində ehtiyatla kəsilir. Metalın çapılması zamanı çəkic və qələmin düzgün tutulması (şəkil 6, a, b), çəkiclə qələmə vurulan zərbə üsullarının böyük əhəmiyyəti var.
Şəkil 6. a — qələmin tutulması; b — çəkicin tutulması;
c — bilək zərbəsi; ç —
dirsək zərbəsi; d — çiyin zərbəsi
Çəkiclə bilək zərbəsi (şəkil 6, c) yalnız bilək gücü hesabına yerinə yetirilir. Bilək zərbəsi tilişkələrin, iti kənarların götürülməsi üçün işlədilir. Nazik təbəqə və yumşaq metaldan olan pəstah üzərində çapılmanın sonunda bilək zərbəsi tətbiq edilir.