15-ci mövzu
Metalın çapılması qələmin və çəkicin köməyi ilə həyata keçirilən texnoloji əməliyyatdır. Bu əməliyyat zamanı metal pəstah ya hissələrə bölünür, ya da onun üzərindən müəyyən qalınlıqda metal qatı çapılıb götürülür.
Çapmanın köməyi ilə metal pəstahların kəsilməsi, doğranması, iti kənarların götürülməsi, oyuq və qanovcuqların açılması və s. kimi texnoloji əməliyyatlar yerinə yetirilir.
Metalı nə ilə və necə çapmaq olar? |
Çapma üçün əsas işçi alət qələmdir (şəkil 1).
Qələm aşağıdakı hissələrdən ibarətdir: 1 - tiyə; 2 - işlək hissə; 3 - orta hissə; 4 - zərbə hissəsi; 5 - qoruyucu; 6 - itiləmə bucağı. Çapmada əsas iş pazın köməyi ilə görülür. Dişciyin işlək hissəsi məhz bu şəkildədir (şəkil 2).
İtiləmə bucağı emal edilən metalın növü və sərtliyindən asılı olaraq seçilir: metal nə qədər sərtdirsə, itiləmə bucağı bir o qədər iti olmalıdır. Polad 60 dərəcəlik, əlvan metallar isə 35-40 dərəcəlik bucaq altında emal edilir.
Metalın çapılması üçün çəkisi 400-500 qr olan çilingər çəkiclərindən istifadə edilir. Onların döyəci iki cür olur: dairəvi və kvadrat (şəkil 3).