Özünüyoxlama sualları |
PRAKTİK İŞ |
Metalların və ərintilərin xassələri, prokatın növləri ilə tanışlıq
Resurslar: metal və ərintilərdən nümunələr, metalları döymək üçün lövhə, çəkic, məngənə, yeyə, prokat nümunələri.
Təhlükəsizlik qaydaları |
İşin yerinəyetirilmə qaydası
1. Nümunələr üzrə və xarakterik xüsusiyyətlərinə görə metalların və ərintilərin növlərini müəyyənləşdirin.
2. Lövhə üzərində metal nümunələrini çəkiclə döyməyə çalışın. Onların döyülə bilmək qabiliyyəti və sərtliyi haqqında nəticə çıxarın.
3. Metalların və ərintilərin müxtəlif nümunələrini məngənədə bərkidin və onları yeyə ilə üzdən yeyələyin. Onların yeyələnmə ilə emal olunmaq qabiliyyətləri haqqında nəticə çıxarın.
4. Prokatın növlərini nəzərdən keçirin. Onların nədən hazırlandığını müəyyənləşdirin.