Bəzi fenlərdə filtr arxa torun altında yerləşir və onu təmizləmək çox asandır. Toz, xırda tüklər və saçlar yumşaq fırça ilə (diş fırçası ilə də olar) və ya xüsusi ucluğu olan tozsoranla təmizlənir. İlişib qalmış tullantılar maqqaşla götürülür. Fenin gövdəsini və hissələrini sadə nəm əsgi ilə təmizləmək olar.
Məişət feni, qızdırıcı element, qızdırıcı elementin toru, istiliyədavamlı tutqac, elektrik açarı, istilik qoruyucusunun açarı, kontakt qəlib, sıxıcı lövhə, elektrik şnuru üçün borucuq. |
Özünüyoxlama sualları |
PRAKTİK İŞ |
1. Köhnə, istifadəyə yararsız məişət fenini sökün, onun quruluşunu nəzərdən keçirin və yenidən yığın. Fenin hissələrinin adını qeyd edin.
2. Fenin elektrik şəbəkəsinə qoşulması və istifadəsi:
— Fenin elektrik çəngəlini elektrik şəbəkəsinə qoşun.
— İş rejimini dəyişdirən açarı lazımi “1” və ya “2” vəziyyətinə çevirərək feni işə salın.
— Feni ucluqla və ya ucluqsuz istifadə etmək olar.
— İşi qurtardıqdan sonra feni elektrik şəbəkəsindən ayırın.