Resurslar: su - təxminən 500 ml və limon turşusu - 1-2 xörək qaşığı (çirklənmə dərəcəsindən asılı olaraq). Toz halında olan 1 qaşıq limon turşusunu limonun dörddə biri əvəz edə bilər.
İşin gedişi: çaydana su tökün və qaynadın, sonra limon turşusunu və ya limonun dörddə birini qaynar suya tökün və suyun, təxminən, 1-2 saat soyumasını gözləyin. Əgər ərp köhnə deyilsə, o öz-özünə çıxacaq. Əks təqdirdə, limon duzu ilə təmizləmə təkrar olunmalıdır. Təmiz çaydanı yaxşı yaxalamağı unutmayın.
Təhlükəsizlik və sanitariya qaydaları |
• Elektrik şəbəkəsinə qoşulmuş çaydanı nəzarətsiz saxlamaq qəti qadağandır! Yanğın təhlükəsi yarana bilər.
• Yüksək rütubətliyi olan yerlərdə çaydandan istifadə etmək olmaz.
• Çaydanın gövdəsinin, qidalanma şnurunun və ya altlığının su ilə təması elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yarada bilər.
• Qidalanma şnuru, elektrik çəngəli, avtomatik söndürmə qurğusu zədəli olan çaydandan istifadə etmək qəti qadağandır!
• Çaydan yerə düşüb zədələnərsə, ondan istifadə etmək qəti qadağandır!
• Çaydanın şəbəkədən ayırmadan sökülüb-yığılması qəti qadağandır!
• Çaydanın gövdəsi altlıqdan qaldırıldıqda elektrik çəngəli şəbəkəyə qoşulu olarsa, altlığa toxunmaq qəti qadağandır!
• Çaydanın içini və səthini yuyarkən abraziv vasitələrdən* istifadə etmək olmaz.
• Çaydanın altlığını heç vaxt suyun içinə tam salmaq olmaz. Çünki orada elektrik şəbəkəsi yerləşir.
Elektrik çaydanı, qızdırıcı element, avtomatik elektrik açarı, altlıq, elektrik açarının düyməsi, ərp, bimetallik lövhə. |
Özünüyoxlama sualları |
* Abraziv vasitələr - müxtəlif səthləri emal etmək üçün istifadə olunan bərk materiallar