Şəkil 5. Yeşiyin yığma çertyoju
Spesifikasiyada aşağıdakılar göstərilir: məmulatın adı, detalların adı və onların sayı, hazırlanma materialı, miqyas.
Təhlükəsizlik qaydaları |
• Nişanlanmış detalı bıçqılamaq üçün dülgər dəzgahının sıxacında möhkəm bərkidilməlidir;
• İskənələrin tiyəsini lazım olduqca itiləmək lazımdır;
• Bütün iskənələrdə böyük zərbə səthli taxta və ya plastik kütlədən olan çəkicdən istifadə olunmalıdır. İskənəyə polad çəkiclə və ya əl ilə vurmaq olmaz;
• Yuvanı və yarığı dəldikdə detalın altına oduncaq kəsiyi qoymaq lazımdır;
• Zivana birləşməsini uyğunlaşdırma zamanı sol əldəki barmaqlar yeyənin üzərində olmalıdır.
Zivanalı birləşmələr, zivana, yuva, yarıq, açıq birqat birləşmə, açıq ikiqat birləşmə, açıq üçqat birləşmə, künc yeşik birləşməsi, yığma çertyoju, spesifikasiya. |
Özünüyoxlama sualları |
PRAKTİK İŞ |
Paylama materialları üçün yeşiyin yığma çertyojunu oxuyun (şəkil 5). Müəllimdən pəstahlar alın və onların ölçülərini götürün. Künc yeşik birləşmələrində zivana və yarıqların ölçülərini düstur üzrə təyin edin.