2. Suallara cavab verməklə qrafikdə (şəkil 1) verilən məlumatı mətn
şəklində yazın.
a) May ayında satılan maşınların sayı mart ayında satılan maşınların
sayından nə qədər çoxdur?
b) Hansı ayda ən az maşın satılıb?
c) 5 ay ərzində nə qədər maşın satıldığını müəyyən edin.
3. İdman mərkəzinin rəhbəri 35 nəfər yeniyetmə arasında onların
sevimli məşğuliyyətləri haqqında sorğu keçirmiş və cədvəldə
verildiyi kimi cavablar almışdır:
şahmat |
rəsm çəkmək |
futbol |
rəqs |
üzgüçülük |
üzgüçülük |
şahmat |
dram dərnəyi |
rəqs |
basketbol |
üzgüçülük |
şahmat |
voleybol |
rəsm çəkmək |
şahmat |
üzgüçülük |
futbol |
rəqs |
voleybol |
üzgüçülük |
üzgüçülük |
rəsm çəkmək |
basketbol |
futbol |
üzgüçülük |
futbol |
futbol |
basketbol |
basketbol |
şahmat |
rəsm çəkmək |
futbol |
üzgüçülük |
rəqs |
dram dərnəyi |
Bu məlumatlara əsasən aşağıdakıları müəyyən edin:
a) Hər məşğuliyyətlə neçə nəfər yeniyetmə məşğul olur?
b) İdman mərkəzinin rəhbəri məhdud vəsait səbəbindən bir neçə
proqramı ləğv etmək fikrindədir. Sizcə, o hansı proqramları
ləğv edəcək? İzah edin.
4. Ardıcıl 7 gün ərzində Azərbaycanın bölgələrindəki hava durumu
haqqında məlumat toplayın.
a) Mənbə kimi istifadə edəcəyiniz qəzeti və ya internet saytını
müəyyən edin.
b) Mənbədən istifadə etməklə 10 şəhər və rayonun hava durumu
haqqında əldə etdiyiniz məlumatı qeyd edin.
c) Müşahidə aparılan 7 gün ərzində ən yüksək və ən aşağı temperaturu
müəyyən edin.
d) 8-ci gün həmin bölgələrin hər birində havanın necə olacağını
söyləyə bilərsinizmi?
5. Məlumat cədvəldə (şəkil 2) təqdim edilmişdir
a) Zəngəzur dağlarında orta illik yağıntının miqdarı Kür-Araz ovalığındakı
yağıntıdan 10% azdır. Zəngəzur dağlarında orta illik
yağıntının miqdarını müəyyən edin.
b) Cədvəldə Azərbaycana aid yerlərdə orta illik yağıntı neçə
millimetrdir?
c) Havay adaları və Atakama səhrasında orta illik yağıntının miqdarı
nə qədərdir?
d) Şuşadakı orta illik yağıntı miqdarı Talış dağlarının ətəklərindəki
yağıntının miqdarının hansı hissəsini təşkil edir?