Hadisələri araşdırmaq onlar haqqında məlumat əldə etməklə başlanılır. Məsələn, hər gün havanın necə olacağını düşünürsünüz. Günün hava durumunu bilmək nə üçün vacibdir? Hava iqtisadiyyata və bütün ölkənin rifahına necə təsir edə bilər?
Hər hansı hadisə haqqında məlumat əldə etmək üçün müxtəlif üsullardan istifadə edilir: müşahidə, təcrübə, sorğu və s.
MÜŞAHİDƏ: Həkim xəstənin temperaturunu 8 saat ərzində hər 2 saatdan bir ölçür və aşağıdakı nəticələri alır: 39,5°, 39°, 38°, 37°. Temperaturun get-gedə düşdüyünü və normaya döndüyünü müşahidə edir.
TƏCRÜBƏ: Əkinçi müxtəlif növ buğda toxumlarının məhsuldarlığını yoxlamaq üçün onları 3 müxtəlif sahədə əkir. Cücərən toxumların sayına görə hansı növ buğdanın daha məhsuldar olduğunu müəyyən edir.
SORĞU: Hər hansı hadisəni öyrənmək üçün bu hadisəni aça biləcək sorğu anketi hazırlanır, suallar tərtib edilir. Sorğu aparılacaq insanlar müəyyənləşdirilir. Məsələn, şagirdlər arasında məktəbdə hansı idman növü üzrə dərnək yaradılması üçün sorğu keçirilir. Sorğunu aşağıdakı kimi tərtib etmək olar:
Müxtəlif üsullar tətbiq etməklə toplanılan məlumatlar daha sonrakı məqsədlər üçün istifadə olunacaq ilkin informasiyadır.