Birhədlini birhədliyə vurduqda alınan ifadə yenə birhədli olur:
9ab • (-3ab6c) = 9 • (-3) • a • a • b • b6 • c = -27a2b7c.
Burada 9ab və (-3ab6c) birhədlilərinin hasilini tapdıq və onu yığcam şəkildə yazdıq.
Əgər birhədlidə ədədi və hərfi vuruqların hər biri bir dəfə yazılırsa, belə birhədli standart şəkildə yazılmış birhədlidir. Standart birhədlidə, adətən, birinci yerdə ədədi vuruq, sonra hərfi vuruqlar əlifba sırası ilə yazılır.
Məsələn, 7m2⋅0,8n yazılışı birhədlinin standart (yığcam) olmayan yazılışıdır. Çünki burada ədədi vuruq (əmsal) iki dəfə iştirak edir. Ədədi vuruqların hasilini tapmaqla birhədlini standart şəkildə yazaq:
7m 2 • 0,8n = 7 • 0,8 m 2n = 5,6m 2n.
Əsasları eyni olan natural üstlü qüvvətlərin hasili:a m • a n = a m+n
YADDA SAXLAYIN: am+n = am ⋅ an
Məsələn: 211 = 27+4 = 27 • 24;
211 = 21+2+3+5 = 21 • 22 • 23 - 25;
(
1
2
)m
•
(
1
2
)n
=
(
1
2
)m+n
x4 • x2 = x6; (-2)2 • (-2)7 = (-2)9;
35 • 37 =312; -y2 • y11 = -y13;
108 • 10 • 106 = 108+1+6 = 1015.
Yalnız işarəsi ilə fərqlənən iki birhədliyə əks birhədlilər deyilir.
Məsələn: 2abc2 və -2abc2; -x və x; 0,3m və -0,3m əks birhədlilərdir.
Bir-birinə bərabər və ya bir-birindən yalnız əmsalları ilə fərqlənən birhədlilərə oxşar birhədlilər deyilir.
Məsələn: Aşağıda verilən birhədliləroxşar birhədlilərdir.