Hər hansı AOB bucağını çəkək (şəkil 53). Tərəfləri bu bucağın uyğun tərəflərinə perpendikulyar olan MNK (şəkil 53) və CED (şəkil 54) bucaqlarına baxaq.
Göründüyü kimi, MNK və CED bucaqlarının tərəfləri AOB bucağının uyğun tərəflərinə perpendikulyardır: OA⊥NM, OB⊥NK (şəkil 53) və OA⊥EC, OB⊥ED (şəkil 54).