ABC üçbucağının A təpəsindən BC tərəfinə paralel düz xətt
çəkilmişdir (şəkil 41). Aşağıdakıları araşdırın:
a) ∠BCA = 53° olarsa, ∠DAC=?
b) ∠ABC = 71° olarsa, ∠DAB
= ?
c) ∠CAB = 65° və ∠ABC=45°
olarsa, ∠DAC = ?
d) ∠EAB = 69° və ∠DAC =
54° olarsa, ABC üçbucağının daxili
bucaqlarını müəyyən edin.
15.
ABCD paraleloqramı verilmişdir (şəkil 42). ∠A = 115° olarsa,
paraleloqramın digər bucaqlarını təyin edin. Cavabınızı əsaslandırın.
16.
a və b düz xətləri paralel, c düz xətti isə kəsəndir. Şəkil
43-də
verilənlərə əsasən bu düz xətlər arasında qalan bucaqları
müəyyən edin.
ŞƏKİL 44
17.
Şəkil 44-də a düz xəttindən kənarda verilmiş B nöqtəsindən
keçən bir neçə düz xətt verilmişdir.
∠ABO = 86,8°, ∠KBO = 63,5°, ∠OBC = 111,4°, ∠MOB = 93,2°
olarsa, bu düz xətlərdən hansı a düz xəttinə paralel olar?
18.
Eyni uzunluqlu AB və CD parçaları O nöqtəsində kəsişir və
kəsişmə nöqtəsində yarıya bölünürlər. AC II BD olduğunu
isbat edin.
19.
MNKL trapesiyasında ∠M = 135° və ∠L = 45° olarsa, onun
paralel və paralel olmayan tərəflərini göstərin.