5.
Şəkil 37-də a, b və c düz xətləri d düz xətti ilə
kəsişir.
∠1 = 132°, ∠2 = 48°, ∠3 = 58° olarsa, a, b və
c düz xətlərindən
hansılar paralel olar? Fikirlərinizi əsaslandırın.
6.
Şəkil 38-də AB
AC və CE
DE olduğu məlumdur. Hansı
düz xətlərin paralel olduğunu hökm etmək olar? Cavabınızı
əsaslandırın.
7.
Hər hansı a düz xətti çəkin və onun üzərində olmayan
A nöqtəsi qeyd edin. A nöqtəsindən keçən və a düz xəttinə
paralel olan b düz xəttini çəkin.
8.
ABC üçbucağının C təpəsindən AB tərəfinə paralel düz xətt
çəkin. C nöqtəsindən AB-yə neçə paralel düz xətt çəkmək
mümkündür? Nə üçün?
9.
a və b düz xətləri paraleldir, m düz xətti a düz
xəttini kəsir.
m düz xətti ilə b düz xəttinin qarşılıqlı vəziyyətini müəyyən
edin. Cavabınızı əsaslandırın.
10.
a, b və c düz xətləri verilib: a II b və c-nin
(şəkil 39) kəsən
olduğu məlumdur. Aşağıdakıları müəyyən edin.
a) ∠4 = 50° olarsa, ∠6 =
?
b) ∠1 = 172° olarsa, ∠5 =
? ∠7 = ?
c) ∠5 - ∠2 = 44° olarsa,
∠8 = ?
d) ∠3 = 5 •∠8 olarsa,
∠3 = ? və ∠8 = ?
11.
İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi iki daxili çarpaz
bucağın cəmi 150° olarsa, bu bucaqların hər biri neçə
dərəcə olar? Bu bucaqlara qonşu olan bucaqların dərəcə
ölçüsü nə qədər olar?
12.
Hər hansı iki paralel və onları kəsən hər hansı düz xətt çəkin.
Alınan bucaqlardan birini transportir vasitəsilə ölçün.
Digər bucaqları təyin edin. Hər bucağın dərəcə ölçüsünü
hansı xassəyə görə tapdığınızı əsaslandırın.
13.
a, b, c və d düz xətləri verilib (şəkil 40). ∠1 = 103°, ∠6=
77°
∠3 = 65° olarsa, ∠6-nı tapın, a, b, c və d düz
xətlərinin qarşılıqlı
vəziyyətlərini müəyyən edin.