ÇALIŞMALAR
1.
Praktik iş: m II n düz xətləri və k kəsəni
verilmişdir (şəkil 34).
Burada alınan bucaqların dərəcə ölçülərini transportir vasitəsilə
ölçərək aşağıdakı sualları cavablandırın:
a) ∠1 və ∠5; ∠2 və
∠6; ∠4 və ∠8; ∠3 və ∠7 bucaqları neçə
dərəcədir?
b)∠3 və ∠5; ∠4 və
∠6 bucaqları neçə dərəcədir?
c)∠1 və ∠7; ∠2 və
∠8 bucaqları neçə dərəcədir?
d)∠4 + ∠5 = ?; ∠3 +
∠6 = ?
e)∠1 + ∠8 = ?; ∠2 +
∠7 = ?
Alınan cavablara əsasən hansı nəticəyə gəldiniz? Həmin bucaqları
a və b düz xətlərinin paralel olmadığı hal üçün ölçsəniz,
eyni nəticə alınarmı?
2.
a və b düz xətləri c düz xətti ilə kəsişir (şəkil 35).
a)
∠1
∠7 olarsa,
b) ∠2 = 137°, ∠7 = 43°
olarsa,
c)
∠4 = 155°, ∠1 isə ∠6-dan 130° kiçik olarsa,
a II b olduğunu əsaslandırın.
3.
AB düz xətti MN düz xəttini A nöqtəsində, CD düz xəttini isə
B nöqtəsində kəsir.
a) ∠MAB = 45°, ∠CBA =
135° olarsa,
b) ∠MAB = 60°, ∠CBA = 60°
olarsa,
c) ∠MAB = 90°, ∠CBA = 90°
olarsa,
MN və CD düz xətlərinin paralel olduğunu hökm etmək
olarmı?
4.
Şəkil 36 (a, b, c)-ya əsasən o və b düz xətlərinin paralel olduğunu
hökm etmək olarmı? Nə üçün?