4. DAXİLİ BİRTƏRƏFLİ BUCAQLAR
İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi daxili birtərəfli
bucaqların cəmi 180°-dir.
Şəkil 32-də a II b və c kəsəndir. ∠3 və ∠6,
∠4 və ∠5 daxili
birtərəfli bucaqlardır. Deməli, ∠3+∠6 = 180°, ∠4+∠5 = 180°
olar.
Bu təklifin tərsi də doğrudur: Əgər iki düz xəttin kəsənlə
əmələ gətirdiyi daxili birtərəfli bucaqların cəmi 180°-dirsə,
onda bu düz xətlər paraleldir.
5. XARİCİ BİRTƏRƏFLİ BUCAQLAR
İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi xarici birtərəfli
bucaqların cəmi 180°-dir.
Şəkil 33-də a II b və c kəsəndir.
∠1 və ∠8, ∠2 və ∠7 xarici
birtərəfli bucaqlardır. Deməli, ∠3 + ∠6 = 180°, ∠4 + ∠5 = 180°
olar.
Bu təklifin tərsi də doğrudur: Əgər iki düz xəttin kəsənlə
əmələ gətirdiyi xarici birtərəfli bucaqların cəmi 180°-dirsə, onda
bu düz xətlər paraleldir.
MİSAL:
1) a || b olduğu məlumdur və c
kəsəndir. Daxili çarpaz
bucaqlardan biri 35° olarsa, bu düz xətlərin əmələ gətirdiyi
uyğun bucaqların dərəcəsini müəyyən edin.
2) a və b düz xətləri c düz
xətti ilə kəsişir. Bu düz xətlərin əmələ
gətirdiyi xarici birtərəfli bucaqların 123° və 57° olduğu məlumdur.
a və b düz xətlərinin qarşılıqlı vəziyyətini müəyyən edin.
HƏLLİ:
1)
Şərtə görə a || b olduğu məlumdur. Onda düz xətlərin
paralellik
əlamətinə görə daxili çarpaz bucaqlardan ikincisi
də
35° olar. Daxili birtərəfli bucaqların cəmi 180° olduğuna
görə
və bu bucaqlardan biri 35° isə, digər bucaq
180°-35°=145°
olar. Deməli, uyğun bucaqlar 145° və 35°-dir.
2)
a və b düz xətlərinin əmələ gətirdiyi xarici birtərəfli
bucaqların
123° və 57° olduğu məlumdur. Burada
123° + 57° = 180°.
Düz xətlərin paralellik əlamətinə görə
iki düz xətt və kəsən
arasında qalan xarici birtərəfli
bucaqların cəmi 180°-dirsə,
bu düz xətlər paraleldir: a || b.