5.
İki düz xəttin kəsənlə əmələ gətirdiyi uyğun bucaqların hər hansı
cütü bərabər olarsa, onda aşağıdakı təkliflərin doğruluğunu
araşdırın:
a) digər cüt uyğun bucaqlar da
bərabərdir;
b) daxili çarpaz bucaqlar bərabərdir;
c) daxili birtərəfli bucaqların cəmi
180°-dir.
6.
AB və MN düz xətləri kəsişir. AM və BN düz xətlərinin MN
kəsəni ilə əmələ gətirdiyi (şəkil 23):
a) daxili çarpaz bucaqları,
b) xarici çarpaz bucaqları,
c) daxili birtərəfli bucaqları
göstərin.
7.
Beş düz xətt bir nöqtədə kəsişir (şəkil 24).
∠1 + ∠2 + ∠3 + ∠4 + ∠5 cəmini tapın.
8.
Beş düz xətt cüt-cüt kəsişir (şəkil 25). Alınan beşbucaqlının
təpələrindən xaricdə əmələ gələn bütün bucaqlarının cəmi
1260° olarsa, ∠1 + ∠2 + ∠3 + ∠4 + ∠5 cəmini tapın.
Qeyd: bir təpədəki bucağın 360°
olduğunu nəzərə alın.
9.
Dörd düz xətt şəkil 26-da təsvir edildiyi kimi kəsişir. ∠2+∠3=88°
olarsa, ∠1 + ∠2 + ∠3 + ∠4 + ∠5 cəmini tapın.
10.
Kəsişən a, b və c düz xətləri üçbucaq əmələ gətirir. Bu düz
xətlər arasında əmələ gələn bütün bucaqların cəmi neçə dərəcədir?
Hansı halda bu düz xətlər cüt-cüt kəsişsə də, üçbucaq
əmələ gətirməz?
11.
m, n və k düz xətləri cüt-cüt kəsişir (şəkil 27).
a)
m və n düz xətlərinin k kəsəni ilə əmələ gətirdiyi
daxili və
xarici birtərəfli bucaqlar cütünü yazın.
b)
k və n düz
xətlərinin m kəsəni ilə əmələ gətirdiyi daxili və
xarici çarpaz bucaqlar cütünü yazın.
c)
m və k düz
xətlərinin n kəsəni ilə əmələ gətirdiyi uyğun
bucaqlar cütünü yazın.
12.
a düz xətti b və c düz xətlərini kəsir (şəkil 28).
a)
∠1 = 56°, ∠3 = 122° olarsa, ∠2 və ∠4-ün dərəcə ölçüsünü
müəyyən edin.
b)
∠1 + ∠4 =96° olarsa, ∠2 + ∠3 cəmini tapın.
c)
∠2 - ∠4 = 32° olarsa, ∠3 - ∠1 fərqini tapın.