İki kəsişən AB və CD düz xətlərini çəkək. Bilirik ki, burada təpəsi kəsişmə nöqtəsində, tərəfləri başlanğıcı bu düz xətlərin kəsişmə nöqtəsi olan şüaların əmələ gətirdiyi dörd bucaq alınır (şəkil 20).
∠AOC = ∠1, ∠AOD = ∠2, ∠BOD = ∠3, ∠BOC = ∠4 işarə edək.
Burada:
∠1 ≌ ∠3 və ∠2 ≌ ∠4 (nə üçün?)
∠1 + ∠2 = ∠1 + ∠4 = ∠3 + ∠2 = ∠3 + ∠4 =180° (nə üçün?).
İndi isə ixtiyari a və b düz xətləri ilə onları kəsən c düz xətti arasında yaranan bucaqları nəzərdən keçirək. Kəsişmədən alınan bucaqları 1-dən 8-ə qədər nömrələyək (şəkil 21).
İki düz xəttin kəsənlə əmələ gətirdiyi bucaqlar bu düz xətlərə və kəsənə nəzərən yerləşdiyi vəziyyətlərinə görə aşağıdakı kimi adlandırılır: