Hər hansı nöqtəyə nəzərən verilmiş fiqura simmetrik fiqur qurarkən həmin fiqura konqruyent fiqur alınır.
QURMA:
O nöqtəsinə nəzərən verilmiş üçbucağa simmetrik fiquru qurmaq
üçün O nöqtəsinə nəzərən onun təpə nöqtələrinə simmetrik
olan nöqtələri qurmaq və alınan nöqtələri ardıcıl birləşdirmək lazımdır.
Alınan A1B1C1 fiquru da üçbucaqdır.
ΔABC ≌
ΔA1B1C1.
Simmetrik fiqurlara incəsənətdə, memarlıqda, texnikada, məişətdə tez-tez rast gəlinir. Xalçalarda, divar kağızlarında, parçalarda, tarixi abidələrdə olan naxışların əksəriyyəti simmetriya mərkəzinə malik olan fiqurlardır.
AB və A1B1 parçaları hər hansı O nöqtəsinə nəzərən simmetrik parçalardır (şəkil 18). Bu simmetriyada O nöqtəsinin yerini göstərin və P nöqtəsinə simmetrik olan nöqtənin yerini müəyyən edin.