Hər hansı nöqtəyə nəzərən verilmiş nöqtəyə simmetrik olan nöqtəni qurmağı öyrənək. Tutaq ki, A və O nöqtələri verilib. Bu nöqtələrdən keçən düz xətti çəkək (şəkil 13).
Mərkəzi O nöqtəsində olub radiusu OA-ya bərabər olan çevrə çəkək. Bu çevrə ilə OA düz xəttinin kəsişməsindən alınan ikinci nöqtəni A1 ilə işarə edək. A və A1 nöqtələri O nöqtəsinə nəzərən simmetrik nöqtələrdir.
O və A nöqtəsindən keçən düz xətt üzərində OA1 OA şərtini ödəyən A1 nöqtəsinə O nöqtəsinə nəzərən A nöqtəsi ilə simmetrik nöqtə deyilir.
O nöqtəsi simmetriya mərkəzi adlanır və özü-özünə simmetrik nöqtədir.
Nöqtəyə nəzərən fiqurların simmetriyasının 2 halına baxaq.
Fiqurun hər bir nöqtəsinə O nöqtəsinə nəzərən simmetrik nöqtə də fiqura aiddirsə, bu fiqura O nöqtəsinə nəzərən mərkəzi simmetrik fiqur deyilir və O nöqtəsi fiqurun simmetriya mərkəzi adlanır.