2. Orta perpendikulyarın qurulması
Addım 1:
Pərgarın iti ucunu P nöqtəsində yerləşdirək,
PQ parçasını kəsən radiusu PQ parçasının yarısından
kiçik olmayan yarımçevrə çəkək (şəkil 9).
Addım 2:
Pərgarın ucları arasındakı məsafəni dəyişmədən
iti ucunu Q nöqtəsində yerləşdirək və PQ parçasını
kəsən ikinci yarımçevrəni çəkək (şəkil 10).
Addım 3:
Yarımçevrələrin kəsişdiyi nöqtələri C və D ilə
adlandırıb xətkeş vasitəsilə bu nöqtələrdən
keçən düz xətt çəkək (şəkil 11).
Alınan CD düz xətti PQ parçasının
orta perpendikulyarıdır
(şəkil 12). O nöqtəsi
isə PQ parçasının orta
nöqtəsidir.
ŞƏKİL 12