2.
m düz xətti çəkin və onun üzərində olmayan M nöqtəsi qeyd edin.
M nöqtəsindən m düz xəttinə perpendikulyar və maillər çəkin.
a) Bu parçalardan hansının uzunluğu M
nöqtəsi ilə m düz xətti arasındakı
məsafə sayılır?
b) Sizcə, ən böyük uzunluğa malik
olan mail hansı olar?
3.
Şəkil 3-də verilənlərə görə yazın:
a) bir-birinə perpendikulyar olan iki
cüt şüa;
b) bir-birinə perpendikulyar olan
dörd cüt parça;
c) bir-birinə perpendikulyar olan üç
cüt parça və şüa.
4.
a düz xətti A bucağının tərəflərini uyğun olaraq B və C nöqtələrində
kəsir. AB və AC düz xətlərinin hər ikisi o düz xəttinə perpendikulyar
ola bilərmi? Nə üçün?
5.
İtibucaqlı, düzbucaqlı, korbucaqlı üçbucaq çəkin. Bu üçbucaqların hər təpəsindən
qarşı tərəfə qədər olan məsafəni əks etdirən parçanı göstərin.
6.
Düzbucaqlının eni 3 sm 4 mm, uzunluğu isə bundan 3 dəfə çoxdur.
Düzbucaqlının hər təpəsindən qarşı tərəfə qədər olan məsafəni tapın.
7.
Düzbucaqlı paralelepipedin ölçüləri 12 sm, 15 sm və 16,2 sm-dir. Onun
hər təpəsindən tillərə qədər olan məsafəni müəyyən edin.
8.
Düz xətt üzərində olmayan nöqtədən bu düz xəttə iki konqruyent
mail çəkilmişdir. Mailin proyeksiyasının uzunluğu 8 sm olarsa, maillərin
oturacaqları arasındakı məsafəni müəyyən edin.
9.
M və N nöqtələrindən a düz xəttinə qədər olan məsafə uyğun olaraq
6 sm və 9 sm-dir. MN və a düz xətləri perpendikulyardır.
a) MN parçasının uzunluğunu tapın;
b) MN parçasının ortasından a düz
xəttinə qədər olan məsafə nə qədərdir?
Burada neçə hala baxmaq lazım gəlir?
10.
K nöqtəsindən a düz xəttinə c və d mailləri elə çəkilib ki, bu maillərlə
a düz xətti arasındakı meyil bucağı uyğun olaraq 60° və 30°-dir.
c və d düz xətlərinin qarşılıqlı vəziyyətini müəyyən edin.
11.
D nöqtəsindən n düz xəttini kəsən üç düz xətt çəkilmişdir. İsbat edin
ki, onlardan heç olmasa ikisi n düz xəttinə perpendikulyar deyil.
12.
Praktik iş: Tikinti işləri apararkən yer üzərində perpendikulyar düz
xətləri çəkmək üçün “ekker” alətindən (şəkil 4) istifadə edilir. Şəkil
4-ü nəzərdən keçirərək bu alətin köməyi ilə düz bucağın necə qurulduğunu
izah edin.