Ümumiləşdirici tapşırıqlar
1.
Nərminin kitablarının sayı Sevilin kitablarının sayından çox, Əhmədin kitablarının
sayından isə azdır. Sevilin 12 kitabı var və bu Əhmədin kitablarının
sayının 60%-nə bərabərdir. Nərminin ən az və ən çox neçə kitabı ola bilər?
2.
9,(5) və 9,554 ədədləri arasında yerləşən bir neçə ədəd yazın.
3.
a=5,(1) və b = 2,12589 ədədləri verilib, a + b cəmi hansı iki qonşu natural
ədədlər arasında yerləşir?
1)
a və b ədədlərini: a) 0,1; b)
0,01; c) 0,001 dəqiqliklə yuvarlaqlaşdırmaqla
a + b cəminin daha dəqiq sərhədlərini müəyyən edin (sərhədlər
onluq kəsrlər ola bilər);
2)
a və b ədədlərini 0,0001 dəqiqliklə yuvarlaqlaşdıraraq a-b fərqinin
tam sərhədlərini müəyyən edin;
3)
b-a fərqinin onluq kəsr olan bir neçə sərhədini və ən yaxın tam sərhədlərini
yazın.
4.
Ədəd oxu üzərində m, n və k ədədlərinə uyğun A, B və D nöqtələri qeyd
edilmişdir.
Əgər m > n və k > m olduğu məlumdursa, ədəd oxu üzərindəki A, B və D
nöqtələrinin hər birinə uyğun gələn ədədi yazın. Şəklə uyğun olaraq m, n
və k ədədlərindən və “<” işarəsindən istifadə edərək ikiqat bərabərsizlik
yazın. Bu ikiqat bərabərsizliyi “>” işarəsinin köməyi ilə necə yazarsınız?
5.
Birinci avtomobil x saata 700 km, ikinci avtomobil isə y saata 630 km yol
getdi.
a) x = 12,5, y = 10,5;
b) x = y = 14 olarsa,
hansı avtomobilin orta sürəti daha çox olar?
6.
II Qarabağ müharibəsində əsgərlərimizin qəhrəmanlıqla işğaldan azad etdiyi
Şuşa qalasının inşa edildiyi sahə çoxsaylı təpə və yarğanlara, qərbdən
amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür hissəsi dəniz
səviyyəsindən 1600 m, ən aşağı hissəsi isə 1300 m hündürlüyə malikdir.
Qalanın dəniz səviyyəsindən h hündürlüyünün ölçüsünü ikiqat bərabərsizlik
şəklində yazın və bərabərsizliyin tam həllərini müəyyən edin.
7.
İfadələrin qiymətini hesablayın:
a) -6,965 +23,3;
d) 99-9,904;
b) 6,2 • (-1,33);
e) 0,016 • 0,25;
c) 53,4 : (-15);
f) 75 : 1,25.