a) ABCD düzbucaqlısının AB eni AD tərəfindən kiçikdir (şəkil 19). Düzbucaqlının enini müəyyən edən bərabərsizlik yazın. AB tərəfinin ala biləcəyi natural ədədləri tapın.
b) ABCD-nin (şəkil 19) perimetri 36 mm-dən kiçikdir. Bu düzbucaqlının eninin ala biləcəyi ən böyük və ən kiçik natural ədədlər hansıdır?
c) Üçbucağın perimetri 34 sm-dən böyük, 37 sm-dən kiçikdir. AB və BC tərəfləri uyğun olaraq 14 sm və 12 sm olarsa, AC tərəfinin uzunluğunun hansı iki tam ədəd arasında yerləşdiyini müəyyən edin (şəkil 20).
Özünüzü yoxlaın
12.
1)
Elə bərabərsizlik yazın ki, onun tam həllər çoxluğu
a) x ={2; 3; 4; ...};
c) x = {-12; -11; -10; -9} kimi olsun;
b)y = {...; -5; -4; -3};
2)
Dəyişəni modul daxilində olan elə bərabərsizlik yazın ki, onun tam həllər çoxluğu:
a) x = {-3; -2; -1; 0; 1; 2; 3};
c) x = ∅ kimi olsun.
b)y = {-1; 0; 1};
13.
Verilmiş bərabərsizliklərin ən böyük və ən kiçik tam həllini yazın:
a)|x| ≤ 4;
b)|m| ≤ 4,(6);
c)|x| <
d) -3 < x ≤ 9;
e) Sizcə, |x| ≤ -2, |x| ≤ 0, |x| < 0 bərabərsizliklərinin ən böyük və ya ən kiçik həlli varmı? Nə üçün?
14.
11 - m ≥ 0 və |11 -m| ≥ 0 bərabərsizliklərinin hər ikisini ödəyən bir neçə ədəd yazın. Birinci bərabərsizliyi ödəməyən, lakin ikinci bərabərsizliyi doğru edən hər hansı bir ədəd yazın.
15.
a) a < 0 olduqda |x| > a;
c) a < 0 olduqda |x| < a;
e) a ≤ 0 olduqda |x| ≤ a;
b) a > 0 olduqda |x| > a;
d) a > 0 olduqda |x| < a;
f) a ≥ 0 olduqda |x| ≤ a
bərabərsizliyinin həlləri haqqında fikirlərinizi söyləyin.
16.
Dəyişəni modul işarəsi daxilində olan elə bərabərsizlik yazın ki, onun: