Ədəd oxu üzərində götürülmüş iki nöqtə arasındakı ixtiyari nöqtənin koordinatı soldakı nöqtənin koordinatından böyük, sağdakı nöqtənin koordinatından isə kiçikdir.
Məsələn, şəkil 14-də A nöqtəsinin koordinatı x olsun. Şəkildən göründüyü kimi, x<5 və x>-3 (və ya -3<x)-dür. Bu iki bərabərsizliyi birlikdə -3 <x< 5 şəklində yaza bilərik.
a<x<b, a<x<b, a<x<b və ya a<x<b şəklində verilmiş bərabərsizlik ikiqat bərabərsizlik adlanır (burada a və b məlum rasional ədəd, x isə axtarılan ədəddir).
İkiqat bərabərsizliklər, əsasən, < və ya s işarələrinin köməyi ilə yazılır. Lakin bu bərabərsizlikləri > və ya > işarələrinin köməyi ilə də yazmaq olar: b>x>a, b>x>a, b>x> a vəya b>x>a.
İkiqat bərabərsizliyin həllər çoxluğu ədəd oxu üzərində aşağıdakı kimi təsvir edilir (şəkil 15):