8.
Ədəd oxu üzərində koordinatları a və b olan nöqtələr təsvir edilmişdir
(şəkil 13, a, b, c).
a)
Bu ədəd oxu üzərində koordinatları
b + a, a-b və b-a olan
nöqtələrin yerini təxmini qeyd edin.
b)
Hansı ədədin böyük olduğunu müəyyən edin:
a + b, a - b, yoxsa b - a?
c)
a + b, a-b və
b-a ədədlərindən hansının modulu ən kiçikdir?
a) İki ədədin cəmi toplananların birindən böyük, digərindən kiçik ola
bilərmi?
b) İki ədədin cəmi toplananların hər birindən kiçik ola bilərmi?
c) İki ədədin cəmi toplananların hər birindən böyük ola bilərmi?
d) İki ədədin hasili vuruqların hər birindən böyük ola bilərmi?
e) İki ədədin cəmi onların hasilinə bərabər ola bilərmi?
f) İki ədədin cəmi onların hasilindən böyük ola bilərmi