Natural ədədlərin, tam ədədlərin və adi kəsrlərin müqayisəsi qaydaları ilə artıq tanışsınız. Bilirsiniz ki, müxtəlif işarəli ədədlərdən işarəsi müsbət olan ədəd işarəsi mənfi olan ədəddən və sıfırdan böyükdür (nə üçün?). Mənfi işarəli ədədləri müqayisə edərkən modulu böyük olan ədəd modulu kiçik olan ədəddən kiçik götürülür (məsələn: -12,6 < -9,3). Rasional ədədlərin müqayisəsi də oxşar qaydalarla aparılır.
Rasional ədədlərin ədəd oxu üzərində yerləşməsinin 3 vəziyyətinə baxaq:
2,(34) dövri onluq kəsrdir. Onu açıq şəkildə yazaq:
2,(34) = 2,343434....
2,34 ədədi isə sonlu onluq kəsrdir. Onun sonuna sonsuz sayda sıfır yaza bilərik: 2,34 = 2,34000...
Göründüyü kimi, hər iki ədədin yazılışında tam hissədə,
onda bir və yüzdə bir mərtəbədə yerləşən ədədlər eynidir.
Lakin 2,(34) ədədində mində bir mərtəbədə 3 ədədi, 2,34 ədədində
isə 0-dır. Deməli,
3 > 0 olduğuna görə 2,(34) > 2,34 olar.