Ədəd oxu üzərində qeyd edilmiş ixtiyari iki nöqtə arasındakı məsafəni tapaq. Burada 2 hala baxmaq lazımdır.
Araşdırma 1: Tutaq ki, A(-1,82) və B(-7,06) nöqtələri arasındakı məsafəni müəyyən etmək lazımdır. Göründüyü kimi, A və B nöqtələri hesablama başlanğıcından eyni tərəfdə, yəni solda yerləşirlər (şəkil 7). Bilirik ki, O nöqtəsindən A nöqtəsinə qədər məsafə: OA=|-1,82| = 1,82 uzunluq vahidinə, O nöqtəsindən B nöqtəsinə qədər məsafə isə: OB = |-7,06| = 7,06 uzunluq vahidinə bərabərdir.
Onda AB = OB-OA=7,06-1,82=-1,82-(-7,06) = 5,24 olar.
Araşdırma 2: Tutaq ki, M(-2,3) və N(8,21) nöqtələri arasındakı məsafəni müəyyən etmək lazımdır. Göründüyü kimi, M və N nöqtələri hesablama başlanğıcından müxtəlif tərəflərdə yerləşir (şəkil 9). O nöqtəsindən M nöqtəsinə qədər məsafə: OM = |-2,31| = 2,3 vahidə, O nöqtəsindən N nöqtəsinə qədər məsafə isə: ON=|8,21| = 8,21 vahidə bərabərdir.
Onda MN=OM+ON=2,3+8,21 = 8,21-(-2,3) = 10,51 olar.
Hər iki araşdırmadan aydın görünür ki, iki nöqtə arasındakı məsafəni taparkən sağdakı nöqtənin koordinatından soldakı nöqtənin koordinatı çıxıldı.