- 0,5 ədədi müsbətdir və 0 ilə 1 tam ədədləri arasında yerləşir.
- -4,(3) dövri onluq kəsri də mənfi rasional ədəddir və onun yeri
-5 və -4 tam ədədləri arasındadır, çünki onun əksi olan 4,(3)
ədədi 4 və 5 tam ədədləri arasında yerləşir (şəkil 4).
Beləliklə, verilmiş nöqtələri ədəd oxu üzərində aşağıdakı kimi göstərə
bilərik (şəkil 5):
ÇALIŞMALAR
1.
a) Ədəd oxu üzərində hesablama
başlanğıcından sağda, solda yerləşən,
hesablama bağlanğıcı ilə üst-üstə düşən nöqtələrin koordinatları
haqqında fikirlərinizi söyləyin.
b) Hesablama başlanğıcından eyni
məsafədə yerləşən nöqtələrin
koordinatları necə ədədlərdir?
c) Ədəd oxu üzərində ən kiçik və ya
ən böyük koordinata malik
nöqtə varmı?
2.
Aşağıdakı təkliflərin doğru olub-olmadığını araşdırın
a) -3,2 ədədi -3 və -2 tam
ədədləri arasında yerləşir;
b) 9,0(67) ədədi 9 və 9,1
ədədləri arasında yerləşir;
c) 8,(9) ədədi 8 və 9 ədədləri
arasında yerləşir;
d)
-11,3(6) ədədi hesablama başlanğıcından 11
11
30
qədər sağda
yerləşir.
3.
Ədəd oxu üzərində verilmiş ədədlərə uyğun nöqtələri qeyd edin
-4
1
2
;
-3,4; -1,2; -0,8; 0,(6); 1
3
5
;
4,(5); 7,8(4);
-2
2
9
.
4.
Ədəd oxu üzərində verilmiş nöqtələrin koordinatını təxmini müəyyən
edin:
C və K nöqtələrinə uyğun elə koordinat yazın ki, o dövri onluq
kəsr olsun.
5.
Ədəd oxu üzərində hesablama başlanğıcından A(5,8), B(-2,78),
C(0,(56)), D(-3,67(4)) nöqtələrinə qədər neçə vahid olduğunu
müəyyən edin.