Üzərində hesablama başlanğıcı, müsbət istiqamət və vahid parça seçilmiş düz xəttə ədəd oxu deyilir.
Siz artıq bilirsiniz ki, müsbət tam ədədlər ədəd oxu üzərində
“0”-dan sağda, mənfi tam ədədlər isə solda yerləşir (şəkil 1). Adi
kəsrlərin də ədəd oxu üzərində yerini müəyyən edə bilirsiniz.
İndi rasional ədədlərin ədəd oxu üzərində necə yerləşdiyini
araşdıraq. Məsələn, -
1
4
rasional ədədinin ədəd oxu üzərində
yerini müəyyən edək. Tam ədədlərdə olduğu kimi, müsbət rasional
ədədlər ədəd oxunda “0”-dan sağda, mənfi rasional ədədlər
isə solda yerləşir. Onda -
1
4
mənfi rasional ədəd olduğuna görə
“0”-dan solda yerləşər.
-
1
4
ədədi
1
4
ədədinin əksidir. Əks ədədlər ədəd oxu üzərində hesablama başlanğıcından, yəni “0”-dan eyni məsafədə
yerləşir (məsələn, 7 və -7 ədədləri “0”-dan uyğun olaraq yeddi
vahid sağda və yeddi vahid solda yerləşir (şəkil 2)). Eyni qayda ilə
1
4
və
-
1
4
rasional ədədləri də ədəd oxu üzərində uyğun olaraq “0”-dan sağda və solda eyni məsafədə yerləşər. Bilirik ki,
1
4
rasional ədədi 0 və 1 tam ədədləri arasında yerləşir, onda -
1
4
rasional ədədi -1 və 0 tam ədədləri arasında yerləşər (şəkil 3).
Beləliklə, ədəd oxu üzərində hər bir rasional r ∈ Q ədədinə yeganə A nöqtəsi uyğundur. Ədəd müsbət olduqda bu nöqtə ədəd oxu üzərində 0 hesablama başlanğıcından sağda, mənfi olduqda isə O nöqtəsindən | r | məsafədə solda yerləşir: