Əşyaları saymaq üçün istifadə edilən ədədlər
natural ədədlər
adlanır. Natural ədədlər çoxluğu N={1,2,3,...} kimi göstərilir.
Natural ədədlər çoxluğuna “0” (sıfır) və natural ədədlərin
əksini əlavə etməklə tam ədədlər çoxluğunu əldə etdiniz. Tam
ədədlər çoxluğu z={..., -3, -2, -1, 0, 1, 2 3,...} kimi
yazılır. Beləliklə, ədədlər çoxluğunu natural ədədlər çoxluğundan
tam ədədlər çoxluğuna qədər genişləndirdiniz.
Siz kəsr ədədlərlə də tanışsınız.
surət
məxrəc
şəklində yazılan, surəti
və məxrəci natural ədəd olan ədədlər adi kəsrlərdir. Adi kəsrlər
üzərində toplama, çıxma, vurma və bölmə əməllərini yerinə yetirməyi,
onları müqayisə etməyi, hər bir kəsrə bərabər olan
kəsrləri yazmağı da öyrənmişsiniz.
Bu fəsildə biz kəsr ədədlər vasitəsilə ədədlər sistemini bir qədər
də genişləndirərək
rasional ədədlər
çoxluğu anlayışını daxil
edəcək və bu çoxluğa daxil olan ədədlər üzərində müxtəlif
əməlləri tətbiq etməyi öyrənəcəyik.
Rasional ədədlər çoxluğunun öyrənilməsinə nə üçün ehtiyac vardır?
Bir çox məsələlərin həlli üçün natural və tam ədədlər yetərli
deyil. Bu səbəbdən ədədlər çoxluğunu bir qədər də genişləndirmək
lazım gəlir.