1.
a) Farengeytə çevirin: 55°C, 12°C, 93°C, 61°C.
b) Selsiyə çevirin: 125°F, 42°F, 35°F, 112°F.
2.
Kubun üzləri 2, 4, 6, 8, 10 və 12 ədədləri ilə nömrələnmişdir. Kub 30 dəfə
atılır və 4 nömrəli üz altı dəfə, 8 nömrəli üz isə on iki dəfə düşür. Aşağıdakı
hadisələrin baş verməsi hadisəsinin nisbi tezliyini müəyyən edin:
a) 8 rəqəminin düşməsi hadisəsi;
b) 2, 6,10 və ya 12 rəqəminin düşməsi hadisəsi
3.
Avtomobilin müxtəlif günlərdə qət etdiyi məsafə uyğun olaraq aşağıdakı kimidir:
270 km, 240 km, 270 km, 392 km, 275 km, 300 km, 259 km, 300 km,
380 km, 320 km, 275 km, 300 km.
a) Yuxarıdakı məlumatlara görə tezlik cədvəli tərtib edin.
b) Avtomobilin 290 km-dən çox yol qət etməsi hadisəsinin nisbi tezliyini tapın
4.
Eyniformalı 30 ədəd kağız vərəqin üzərində 1-dən 30-a qədər natural ədədlər
yazıldı və qutuya qoyuldu. Qutuya baxmadan bir vərəq çıxarılır. Aşağıdakı
hadisələrin ehtimalını müəyyən edin. Bu hadisələrdən hansının uyuşmayan
(və ya bir-birini tamamlayan) hadisə olduğunu söyləyin.
a) P(12);
d) P(kəsr);
g) P(2 və ya 3-n böləni);
b) P(cüt ədəd);
e)P(1-dən kiçik);
h) P(sonu 5-lə bitən).
c) P(sadə ədəd);
f) P(25-dən böyük);
5.
Çantada 2 sarı, 1 qırmızı, 5 göy, və 3 yaşıl rəngli kürəcik var. İlahə çantadan
20 dəfə bir kürəcik götürdü və hər dəfə onu çantaya geri qaytardı. Sizcə,
İlahənin çantadan ən çox çıxardığı kürənin rəngi hansı olar? Nə üçün?
6.
1, 2, 3, 4, 5 və 6 rəqəmlərindən ikirəqəmli ədədlər düzəldilmişdir. Əgər
ədədin yazılışında rəqəmlər:
b) təkrarlanmazsa, neçə mümkün hal vardır?
Hər iki hal üçün ikirəqəmli ədədin 3 və ya 6 rəqəmi ilə
başlaması hadisəsinin
nisbi tezliyini tapın.
7.
Keyfiyyətə nəzarət edən müfəttiş 50 kompüterdən 3-də qüsur olduğunu
müəyyən etdi.
a) kompüterlərin qüsurluluq faizi nə qədərdir?
b) təsadüfi seçilən 1 kompüterin qüsursuz olması hadisəsinin ehtimalını tapın.
c) 15000 kompüter istehsal olunarsa, onların neçəsinin qüsursuz olduğunu
ehtimal etmək olar?