8.
Siyasət: Bir xəbər jurnalı hər hansı bir bələdiyyə qərarının
icrası məsələsini araşdırmaq üçün üç partiyanın üzvləri
arasında sorğu keçirir. Sorğunun nəticələri cədvəldə
(şəkil 30) yerləşdirilmişdir.
a) A partiya üzvlərinin razı olmaması və ya bitərəf qalması
hadisəsinin tezliyini müəyyən edin.
b) B və ya C partiya üzvlərinin razı olması və ya bitərəf
qalması hadisəsinin nisbi tezliyini müəyyən edin.
9.
Sağlamlıq: Həkim müayinə etdiyi 248 nəfər yaşlı insandan
63-nün, 121 nəfər yeniyetmədən isə 15-nin qanında
xolesterinin normadan yüksək olduğunu müəyyən etdi.
a) Hər hansı seçilmiş ilk xəstənin qanında xolesterinin normadan
çox olması hadisəsinin ehtimalını tapın.
b) Əhalisi 600000 nəfər olan şəhərdə insanların neçə nəfərinin
qanında xolesterinin normadan artıq olduğunu
söyləmək olar? Hesablamanı tama qədər yuvarlaqlaşdırın.
10.
4, 5 və 8 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə
yazılan üçrəqəmli ədədlərdən təsadüfi üsulla biri
seçilir. Həmin ədədin 4 və ya 5 rəqəmi ilə başlaması hadisəsinin
ehtimalını müəyyən edin.
11.
0, 1 və 2 rəqəmlərindən düzəldilmiş bütün üçrəqəmli
ədədləri yazın (şəkil 31).
a) Üçrəqəmli ədədin 1 rəqəmi ilə başlanması hadisəsinin
ehtimalını müəyyən edin;
b) Üçrəqəmli ədədin 1 və ya 2 rəqəmi ilə başlanması
hadisəsinin ehtimalını müəyyən edin;
c) Üçrəqəmli ədədin 0 və ya 2 rəqəmi ilə başlanması
hadisəsinin ehtimalını müəyyən edin.
12.
Nərgiz metal pulu 5 dəfə atdı və hər dəfə metal pulun
eyni üzünün düşdüyünü müşahidə etdi. Sizcə, metal pulun
növbəti 5 atışında həmin üzün düşməsi hadisəsinin
ehtimalının 100% olduğunu söyləmək olarmı? Cavabınızı
əsaslandırın.
13.
Torbada 10 qırmızı, 5 yaşıl, 25 sarı və 20 ağ kürəcik var.
a) Torbadan təsadüfən çıxarılan bir kürəciyin ağ olmaması
hadisəsinin ehtimalını tapın.
b) Torbadan təsadüfən çıxarılan bir kürəciyin qırmızı və
ya yaşıl olmaması hadisəsinin ehtimalını tapın.
14.
Torbada olan üzərində ikirəqəmli ədədlər yazılmış eyni
ölçülü vərəqlərdən biri təsadüfi seçilərsə, bu vərəqdəki
ədədin tək olması hadisəsinin ehtimalını tapın.