d) ədədin 6-nın bölünəni olması
hadisəsi;
e) sonuncu rəqəmin 7 olması hadisəsi;
f) onluq mərtəbədəki rəqəmlə təklik
mərtəbədəki rəqəmin
fərqinin 2 olması hadisəsi.
7.
Nərd oyununda iki zər atılır və yuxarı üzə düşən xallar cəmlənir.
Oyunçu nərd daşını alınan ədəd qədər hərəkət etdirir.
Sahibin mars olmaması üçün cəmi 10 olan xallara ehtiyacı var.
Sizcə, cəmi 10 olan xalların düşməsi ehtimalı neçədir? Bəs bu
xalların “şeş qoşa” (6-6) olması ehtimalı neçə olar?
8.
İlk 100 natural ədədin içərisindən təsadüfi üsulla hər hansı bir
ədəd seçsək, bu ədədin:
a) 10-a bölünən olması hadisəsinin;
b) 5-ə bölünən olması hadisəsinin;
c) 12-yə bölündükdə qalıqda 5
alınması hadisəsinin;
d) rəqəmlərinin cəminin 7 olması
hadisəsinin ehtimalını müəyyən
edin.
9.
İki oyun zəri bir dəfə atılır. Alınan mümkün hallar şəkil 27-də verilib,
a) Yuxarı üzə düşən ədədlərin cəminin
6 olması hadisəsinin
ehtimalını tapın.
b) Yuxarı üzə düşən ədədlərin
fərqinin modulunun 2 olması
hadisəsinin ehtimalını tapın.
c) Yuxarı üzə düşən ədədlərin eyni
olması hadisəsinin ehtimalını
tapın.
Cavabları onda birlərə qədər yuvarlaqlaşdırın.
10.
Dairə 8 bərabər sektora bölünüb və hissələr müxtəlif rənglərlə
rənglənib (şəkil 28). Dairənin mərkəzinə bərkidilmiş ox sərbəst
fırlanır. Fırlanma oxu hərəkət etdirilir. Fırlanma oxunun
hər hansı hissə üzərində dayanması hadisəsi üçün neçə
mümkün hal olduğunu deyin.
a) Fırlanma oxunun sarı rəngli
hissənin üzərində dayanması
hadisəsinin ehtimalını tapın.
b) Fırlanma oxunun mavi rəngli
hissənin üzərində dayanması
hadisəsinin ehtimalını tapın.
c) Fırlanma oxunun mavi rəngli
hissələrin hər birinin üzərində
dayanması hadisəsinin ehtimalını müəyyən edin. Alınan ədədin
b) bəndində alınan ədəd arasında nə kimi əlaqə var?
d) Fırlanma oxunun qırmızı rəngli
hissənin üzərində dayanması
hadisəsinin ehtimalını tapın. Burada neçə əlverişli hal var?
e) Fırlanma oxunun qırmızı rəngli
hissələrin hər birinin üzərində
dayanması hadisəsinin ehtimalını müəyyən edin. Alınan ədədin
d) bəndində alınan ədəd arasında nə kimi əlaqə var?