MİSAL 2:
Oyun zərinin bir dəfə atılmasından ibarət sınaqda yuxarı üzə düşən
xalın tək ədəd olması ehtimalını tapın.
HƏLLİ:
Oyun zərini atarkən baş verən elementar hadisə yuxarı üzə: 1, 2, 3,
4, 5 və 6 xallarından birinin düşməsidir. Bütün bu hallar eyniimkanlıdır və
onların hər hansı ikisi eyni zamanda baş verə bilməz. Deməli, zər atılarkən
hər hansı üzün düşməsi hadisəsinin mümkün hallar sayı 6-dır.
Zərin üzlərində olan ədədlərdən üçü tək ədəddir: 1, 3 və 5. Deməli,
yuxarı üzə düşən xalın tək ədəd olması hadisəsi 3 elementar hadisədən
ibarətdir: ya 1, ya 3, ya da 5 xal olan üz düşə bilər. Yəni yuxarı üzə düşən
xalın tək ədəd olması hadisəsi üçün əlverişli halların sayı 3-dür. Onda:
P =
3
6
=
1
2
= 0,5.
Cavab: 0,5.
ÇALIŞMALAR
1.
Verilmiş hadisələrin yəqin və ya mümkün olmayan hadisə olduğunu müəyyən
edərək ehtimalını tapın:
a) riyaziyyatdan keçiriləcək növbəti kiçik summativ qiymətləndirmədə bütün
sinif şagirdlərinin “əla” qiymət alması hadisəsi;
b) sabahkı dərslərin hamısının ekskursiya ilə əvəz edilməsi hadisəsi;
c) ilin sonuncu fəslinin qış olması hadisəsi;
d) yəqin və mümkün olmayan hadisələrə nümunə göstərin.
2.
Oyun zərini bir dəfə atdıqda yuxarı üzə düşən xalın cüt olması hadisəsinin
ehtimalını tapın.
3.
Torbada 1-dən 10-a qədər nömrələnmiş eyni kürəcik var. Torbaya baxmadan
1 kürəciyin çıxarılması təklif edilir. Çıxarılan kürəciyin nömrəsinin 5-dən kiçik
olması hadisəsinin ehtimalını tapın.
4.
Boşqabda 5 şəkərbura, 7 paxlava və 4 kətə var. Röya onlardan birini baxmadan
götürdü. Onun paxlava seçməsi hadisəsinin ehtimalı neçədir? Bəs
kətə götürməsi hadisəsinin ehtimalı?
5.
Nənənin fincanlarının 5-i qırmızı rəngli naxışla, 12-si isə yaşıl rəngli naxışla
bəzədilib. Nənə fincanların birinə çay süzdü. Bu fincanın yaşıl rəngli naxışla
bəzədilmiş olması hadisəsinin ehtimalını müəyyən edin.
6.
Torbada olan üzərində ikirəqəmli ədədlər yazılmış daşlardan hər hansı biri
təsadüfi üsulla seçilir. Aşağıdakı hadisələrin ehtimalını tapın:
a) ədədin 3 rəqəmi ilə qurtarması hadisəsi;
b) ədədin rəqəmlərinin eyni olması hadisəsi;
c) ədədin rəqəmlərinin cəminin 5 olması hadisəsi;