Təcrübə apararkən n sayda sınaq (mümkün hallar) zamanı A hadisəsi k sayda (əlverişli hallar)
baş verirsə,
A hadisəsinin nisbi tezliyi =
k
n
olur. Onda aparılan təcrübədəki hadisənin nisbi tezliyi
6
10
0,6 olur.
Göründüyü kimi, aparılan təcrübədə hadisənin nisbi tezliyi = 0,6
ehtimal olunan ədəddən (P(A) = 0,5) az fərqlənir.
Siz hadisənin ehtimalını ədəd və ya faiz şəklində ifadə edə bilərsiniz.
Hadisənin başvermə ehtimalı [0; 1] parçasına daxil olan ədəddir.
Hadisənin ehtimalını aşağıdakı kimi parça üzərində təsvir edək:
Hadisə baş
vermir.
Hadisənin baş verməsi
az ehtimalıdır.
Hadisənin baş verməsi
eyniimkanlıdır.
Hadisənin baş verməsi
çox ehtimallıdır.
Hadisə mütləq
baş verir.
P = 0
və ya 0%
P <
1
2
və ya P < 50%
P =
1
2
= 0,5
və ya 50%
P >
1
2
və ya P > 50%
P = 1
və ya 100%
- Mümkün olmayan hadisənin ehtimalı O-dır;
- Eyniimkanlı hadisələrin ehtimalı
1
2
-ə bərabərdir
- Yəqin hadisənin ehtimalı ’’1’’-ə bərabərdir;
- Ehtimal 1-ə nə qədər çox yaxın olarsa, bu hadisənin başvermə ehtimalı
o qədər yüksəkdir.
MİSAL:
Keyfiyyətin yoxlanması: Keyfiyyətə nəzarət
şöbəsi istehsal
edilən lampaların keyfiyyətini yoxlamaq üçün 400 lampanı sınaqdan
keçirir. Bu lampalardan 6-sı xarab çıxır.
a)
Lampaların xarab olması hadisəsinin nisbi tezliyi neçədir?
b)
1OOOOO lampa istehsal edilərsə, neçə lampanın xarab
olduğunu
ehtimal etmək olar?
HƏLLİ:
Göründüyü kimi, təcrübə aparılan bütün lampaların sayı
400 - hadisənin baş verməsi üçün mümkün halların sayıdır. Xarab
lampaların sayı 6 - lampanın xarab çıxması hadisəsinin baş verməsi
üçün əlverişli halların sayıdır.
a)
Onda
6
400
=
3
200
= 0,015 və ya 1,5% olar.
b)
Əgər 400 lampanın 1,5%-i xarab olarsa, deməli,
1OOOOO lampanın
da 1,5%-i xarab olması ehtimal edilir:
100000 • 1,5% = 1500 lampa.
Deməli, təxminən 1500 lampa xarab çıxa bilər.
Cavab: a)
1,5%; b)1500