5.
İqtisadiyyat: Əhməd velosiped almaq üçün ona verilən
həftəlik xərcin bir hissəsini yığır. Onun əvvəlcə 10 manatı
vardı. Bu pula birinci həftə 3 manat, 2-ci həftə 4 manat,
3-cü həftə 5 manat və s. hər həftə bu qayda ilə pul əlavə
etdi. 10 həftə ərzində Əhmədin yığdığı vəsaitin təsviri
sütunlu diaqramla verilmişdir (şəkil 25).
a) Əhməd pulu hansı həftədə 2 dəfə artırmış olar?
b) Onun pulu yenidən 2 dəfə hansı həftədə artmış olar?
c) Əhmədin pulunu növbəti 2 dəfə artması hansı həftəyə
təsadüf edər? Cavabınızı izah edin.
6.
Aldadıcı statistika: Şəkil 26-da verilmiş iki qrafik eyni məlumatı
əks etdirir.
a) Qrafiklərə nəzər yetirdikdə sizdə hansı təəssürat yaranır:
hansı qrafikə görə 2020-ci ildə xərclər daha sürətlə
azalmış görünür?
b) Sizcə, təsvirlərdəki fərq nədir? Eyni məlumatın təsviri
olduğu halda nə üçün qrafiklər müxtəlif nəticələrə gətirir?
Fikirlərinizi izah edin.
c) Hər iki qrafikə görə 2021-ci ildə xərclərin nə qədər
olacağının proqnozunu verin.
7.
Nurayın fizika fənni üzrə test balları ardıcıllıqla 88, 86, 92,
90, 96, 98, 95 və 100-dür.
a) Məlumatı iki xətti qrafiklə təsvir edin: birinci qrafikdə
üfüqi ox üzərində miqyas 0-dan 100-ə qədər, ikinci qrafikdə
isə üfüqi ox üzərində miqyas 80-dən 100-ə qədər
göstərilsin.
b) Birinci qrafikə görə hansı nəticəni aldınız?
c) İkinci qrafikə görə hansı nəticəni söyləmək olar?
8.
İnternet və ya qəzetdən götürdüyünüz hər hansı məlumatı
elə iki üsulla təqdim edin ki, nəticələr haqqında
müxtəlif təəssüratlar yaratsın. Hansı təqdimatın məlumatı
daha dəqiq təsvir etdiyini izah edin.