ÇALIŞMALAR
1.
Cədvəldə (şəkil 22) 2019-2022-ci illərdə bəzi ölkələrdən
Türkiyəyə gedən adamların sayı verilmişdir. Cədvəldə
verilənləri sütunlu diaqramla təsvir edin.
a) Diaqrama əsasən hansı fikirləri
söyləmək və hansı
proqnozları vermək olar?
b) 2022-ci ildə bu ölkələrdən
Türkiyəyə gedənlərin
sayı neçə ola bilər?
c) Bu ədəd hansı ölkədə artar? Bəs
hansı ölkədə azalmış
olar?
2.
Satış: Cədvəldə iki avtomobil firmasının 1 il ərzində
üç aylıq intervallarla satış cədvəli verilmişdir. Cədvələ
əsasən hər firma üçün diaqram qurun.
Diaqrama əsasən hansı fikirləri söyləmək və hansı
proqnozları vermək olar?
Aylar |
I firma |
II firma |
1-3 |
12 |
7 |
4-6 |
10 |
10 |
7-9 |
6 |
10 |
10-12 |
13 |
13 |
3.
Koronavirus: “COVID-19” xəstəsi olan Fatimənin və
Nəzrinin 1 gün ərzində bədən temperaturlarını göstərən
qrafiklər (şəkil 23) verilmişdir. Qrafiklərə əsasən
bu xəstələrin eyni saatda olan bədən temperaturlarını
araşdırın və növbəti saat üçün hansı proqnozları verməyin
mümkünlüyünü söyləyin.
4.
Temperatur: Azərbaycanın 3 şəhərində: Bakıda (qırmızı
xətt), Şuşada (mavi xətt) və Naxçıvanda (yaşıl
xətt) orta aylıq temperatur xətti qrafiklə verilib (şəkil
24). Farengeytlə verilmiş ölçünü Selsiyə çevirin.
a) Bakıda, Şuşada, Naxçıvanda noyabr ayında temperaturun
neçə dərəcə olacağını söyləyə bilərsinizmi?
b) Sizcə, noyabr ayında Şuşada temperatur Bakıdakı
temperaturdan nə qədər soyuq ola bilər?
c) Bəs dekabr ayında Naxçıvan və Bakıdakı temperatur
arasındakı fərq necə olar?
d) Yaşadığınız yerdə bu aylar üçün orta aylıq temperaturu
araşdırın və növbəti ay üçün havanın neçə
dərəcə olacağını təxmin edin.