a) Şagird bu cədvəldə verilənləri sütunlu diaqram şəklində vermək istədi. Sizcə, sütunlu diaqram bu məlumatı təsvir etmək üçün əlverişlidirmi? Fikrinizi izah edin.
b) Məlumatı təsvir etmək üçün hansı diaqramdan istifadə edərsiniz?
12.
Bank müştərisi illik 6% faiz verən banka müəyyən məbləğdə pul qoydu. Əgər o, banka 5000 manat az pul qoysa idi, illik gəlir 1,5 min manat olardı. Müştəri banka nə qədər pul qoymuşdu?
13.
İlahə illik 12% gəlir verən bankda müəyyən məbləğlə hesab açdırdı. Əgər İlahənin banka qoyduğu pul 1000 manat artıq olsa idi, bir ildən sonra 720 manat gəlir əldə edərdi. İlahənin banka qoyduğu məbləğ nə qədər olmuşdur?
Nəqliyyat |
Evdan dayanacağa qadar məsafə |
Yol |
Dayanacaqdan qardaşıgilə qədər məsafə |
Avtobus |
15 dəq. |
2 saat 15 dəq. |
15 dəq. |
Qatar |
25 dəq. |
1 saat 45 dəq. |
20 dəq. |
Taksi |
25 dəq. |
1 saat 35 dəq. |
5 dəq. |
Hansı nəqliyyatla yola daha az vaxt sərf edilər? Cavabı saatla yazın.