c) Ana bütün uşaqlara eyni sayda qoz verdi. Onlardan dörd nəfəri hər biri 12 qoz yedi və bu zaman həmin dörd nəfərdə birlikdə ananın hər uşağa verdiyi qədər qoz qaldı. Ana hər uşağa neçə qoz vermişdi?
6.
Alış-veriş üçün dükana gedən adam özü ilə 10 manat pul götürdü. Onun alış- verişdən sonra qalan pulun dörddə biri qədər də əlavə pulu olsa idi, ilkin pulunun 7,5 %-i qədər pulu qalmış olardı. Adamın alış-verişdən sonra nə qədər pulu qaldı?
7.
Üç qardaşdan birinci qardaş a manat pulu illik p% artımla, ikinci qardaş 2a manat pulu illik
p
2
% artımla,
üçüncü qardaş isə
a
2
manat pulu illik 2p% artımla gəlir verən banka qoydu. Göstərin ki, hər üç qardaş bir
ildən sonra eyni gəlir əldə edər.
8*.
Sahibkar məşhur bir firmanın hər birinin qiyməti 100 manat olan 200 səhmini aldı.
Hər səhmin qiyməti p% bahalaşdıqda o, səhmlərin yarısını satdı.
Hər səhmin qiyməti yenidən q% artdıqda sahibkar səhmlərin qalan yarısını da satdı.
Bütün səhmlərin satışından sahibkarın əldə etdiyi gəliri hesablayın.
9.
Qədim məsələ: Bağban üç oğluna 100 limon verdi və dedi ki, onlar limonları eyni qiymətə satsınlar.
Evə qayıdarkən oğlanlardan biri satışdan alınan 1 manat 80 qəpiyi və qalan 4 limonu, ikinci oğlu 1 manat 60 qəpiyi və
qalan 3 limonu, üçüncü oğlu isə 1 manat 20 qəpiyi və qalan 1 limonu bağbana verdi. Bağban hər oğluna neçə limon vermişdi?
10.
a) Əgər verilmiş ikirəqəmli natural ədədin sağına və ya soluna 2 yazılsa, onda alınan üçrəqəmli ədədlər bərabər olar. İkirəqəmli ədədi tapın.
b) Əgər verilmiş beşrəqəmli natural ədədin sağına 2 yazsaq və alınan ədədi verilmiş beşrəqəmli ədədin soluna 2 yazmaqla alınan ədədə bölsək, qismətdə 3 alınar. Bu beşrəqəmli ədədi tapın.
11.
“Məişət tullantıları və ətraf mühitin çirklənməsinin qarşısının alınması” adlı təqdimat hazırlamaq üçün şagird bəzi tullantıların çürüməsi haqqında məlumat toplayaraq cədvəldəki kimi yazır:
Tullantının növü |
Çürümə müddəti |
Banan qabığı |
1-3 il |
Portağal qabığı |
1-3 il |
Karton qutular |
0,5 il |
Saqqız |
20-25 il |
Qəzet |
Bir neçə gün |
Plastik qab |
100 ildən çox |