ÇALIŞMALAR
1.
A = {m, n, l, k, p} və B = {n, p, g, j} çoxluqlarının elementlərinin sayını
tapın. Bu çoxluqların birləşməsinin və kəsişməsinin elementlərinin
sayını müəyyən edin. Yerdəyişmə xassəsinin ödəndiyini göstərin.
2.
Natural, tam və rasional ədədlər çoxluqlarının elementlərinin sayı
haqqında nə deyə bilərsiniz? Bu çoxluqlardan hansı digərinin alt
çoxluğudur? Onları Eyler-Venn diaqramları ilə təsvir edin.
3.
Şəkil 8-də verilən A, C, D çoxluqları üçün aşağıda göstərilənləri
araşdırın:
l) yalnız A çoxluğuna daxil olan elementləri;
h) yalnız C çoxluğuna daxil olan elementləri;
k) A\D, A\C və D\C çoxluqlarının elementlərini.
4.
a) Hər birinin üç elementi olan elə iki çoxluq göstərin ki, onların birləşməsinin
dörd elementi olsun.
b) Elə A və B çoxluqları göstərin ki, n(A) = 4, n(B) = 6,
n(A∩B) = 2
olsun. n(A∪B)-ni tapın. Bu çoxluqları
Eyler-Venn diaqramı ilə təsvir
edin.
5.
Bizim binada yaşayan hər bir ailə ya qəzet, ya jurnal, ya da hər ikisinə
abunə yazılıb. 75 ailə qəzet, 26 ailə jurnal, 18 ailə isə həm qəzet,
həm də jurnal alır. Bizim binada neçə ailə yaşayır?
6.
Məktəb idman yarışlarında 7-ci sinif şagirdlərindən 25 iştirakçı qaçış
və hündürlüyə tullanma üzrə səviyyələri yerinə yetirdi. 7 nəfər hər
iki, 11 nəfər isə yalnız qaçış üzrə səviyyəni ödədi. Neçə nəfər şagird:
a) qaçış üzrə;
b) hündürlüyə tullanma üzrə;
c) yalnız hündürlüyə tullanma üzrə səviyyələri yerinə yetirdi?
7.
61 şagirddən 27 nəfəri medal, 35 nəfəri isə marka kolleksiyası ilə
məşğuldur. 6 nəfər şagird isə həm medal, həm də marka yığır. Neçə
şagird bunlardan heç birini kolleksiya etmir?
8.
a) n(A) = 18, n(B) = 23 və n(A ∩ B) = 9 olarsa, n(A ∪ B) = ?
b) n(M ∪ K) = 42, n(M) = 35, n(K) = 28 olarsa, n(M ∩ K) = ?
c) n(C ∩ D) = 7, n(C) = 19, n(C ∪ D) = 22 olarsa, n(D) = ?